Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar

A- A A+

Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Emmanuel Makronun impiçment prosedurunu başlatmaq üçün yenidən təşəbbüs göstərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar.

Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin impiçment prosedurunu nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: