Azərbaycan və Rusiya Samur sərhəd çayında iqlim layihəsini inkişaf etdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “NEWS.ru”ya açıqlamasında COP29-da Rusiya nümayəndə heyətinin rəhbəri, RF Prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyev bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Azərbaycan və Rusiya arasında Samur çayının axımı ilə bağlı razılaşma sayəsində mümkün olub.
"Hazırda Samur transsərhəd çayında iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və RF arasında Samur çayının axımı ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axım barədə dəqiq anlayış var. Ekoloji axıma əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşmalar heç də bütün ölkələrdə yoxdur. Bizdə isə ideal şərait yaranıb və bu layihəni həyata keçirəcəyik", - xüsusi nümayəndə bildirib.
Onun sözlərinə görə, həmçinin karbon poliqonunun tikintisində Azərbaycana yardım göstərilməsi ilə bağlı müraciət var.
"Bundan əlavə, səhralaşma, torpaqların deqradasiyası prosesləri ilə birgə mübarizə aparmağımızla bağlı böyük müraciət də daxil olub", - R.Edelgeriyev əlavə edib.