Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb

A- A A+

Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib.

"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.

Pilotlardan biri xilas edilib. Təyyarədəki digərləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: