Ermənilər sərhəd kəndlərində yaşamaq istəmirlər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanla sərhəddə yerləşən Ermənistan kəndlərinin acınacaqlı vəziyyəti ilə bağlı erməni mediasında yazılar davam edir. Beynəlxalq oc-media.org saytında erməni jurnalist Armine Avetisyan “Salvardda yaşamağa kim razı olar?” adlı məqalədə bu ucqar kənddə olan problemlərdən yazıb. Qeyd edək ki, ermənilərin Salvard adlandırdıqları kənd  Qərbi Azərbaycan ərazisindəki  keçmiş Qarakilsə rayonun Əlili kəndidir.

Salvardın  60 yaşlı sakini Geor Qalstyanbu kənddə yaşayışın mümkün olmadığınıdeyir. “Yerli rəhbərlik deyir ki, kənddə 418 nəfər sakin var, amma əslində bu rəqəmin yarısı qədər adam qalmayıb. Burada qalanlar ancaq 50-60 yaşlı qocalardır”- deyə kənd sakini gileylənir.

Sakinlər onu da qeyd edirlər ki, bura da digər sərhəd kəndləri kimi hökumətin yadından çıxıb. Sonuncu dəfə bura hansı məmurun gəlməsini heç kəs xatırlamır. Kənddə yol, su, yanacaq problemi də kasıb erməniləri bezdirib. Kəndin ənənəvi yanacağı ancaq təzəkdir. Ailə saxlamağa imkanı olmadığı üçün barmaqla sayılası oğlanlar hətta evlənə bilmirlər. Sadəcə heç kim onlara qız vermir- deyə kənd sakini Andranik Qalstyan deyir. “Biz uşaqlarımızı bu kənddən uzaqlaşdırmağa çalışırıq. Çünki yeməyə bir şey tapa bilmirik. Ət və süd qıtlığı var.

Svetlana Şirinyan adlı sakinin isə ən böyük arzusu mavi yanacaqla yanan qaz piltəsinin üzərində yemək bişirməkdir. “21-ci əsrdir. Mən ancaq yuxuda görürəm ki, qaz piltəsinin üzərində yemək bişirirəm. Axı ömrümüz gedir. Bizim hökumət isə bizə baxmaq istəmir və bizi çoxdan unudub”, - deyə qadın gileylənir.

Ermənistanın Naxçıvanla sərhəd kəndi olan Salvardda mağaza da yoxdur. İmkansız ermənilər gündəlik tələbatlarına uyğun olan bütün ərzağı almaq üçün 60 km aralıdakı şəhərə gedirlər. O da ayda bir dəfə. Zavallı ermənilərin sonuncu ümidlərini qıran isə yeni hökumət və onun başçısı Nikol Paşinyandır. Onun yaratdığı “inqilabi hökumət” isə bütün işləri düzəltmək əvəzinə daha da korlayıb-bunu da miskin ermənilər deyir. 

Yazıda o da vurğulanır ki, Salvard kəndinə gələn ermənilərlə  bağlı tarix 1828-ci ildən başlayır. Qeyd olunur ki, 1828-ci ildə İranın Xoy və Səlmas ərazilərindən bir neçə erməni ailəsi köçərək burada məskunlaşıblar. Bu isə ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülmə olduğunu elə özləri tərəfindən bir daha təsdiq edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: