“Boeing” Pentaqondan 2,4 milyard dollarlıq sifariş alıb

A- A A+

ABŞ Hərbi Hava Qüvvələri daha 15 ədəd “KC-46 Pegasus” yanacaqdoldurma təyyarəsinin istehsalı üçün “Boeing” korporasiyası ilə müqavilə bağlayıb.

NUHÇIXAN xəbər verir ki, “Defense news” nəşrinin məlumatına görə, müqavilənin dəyəri 2,4 milyard dollardır. Sifariş edilən təyyarələr 2028-ci ilin iyun ayının sonunadək hazır olmalıdır. ABŞ Hərbi Hava Qüvvələri bundan öncə 89 ədəd “KC-46 Pegasus” təyyarəsi alıb və onların sayını 179-a çatdırmağı planlaşdırır.

ABŞ Müdafiə Nazirliyi 2030-cu illərdə təhlükəli hava məkanında fəaliyyət göstərə bilən yeni nəsil yanacaqdoldurma təyyarələri almağı planlaşdırır. Pentaqon, eyni zamanda, maliyyə çatışmazlığı şəraitində altıncı nəsil qırıcıları, həmçinin bu qırıcılarla və perspektivli “B-21 Raider” strateji bombardmançılarla bir qrupda fəaliyyət göstərə biləcək pilotsuz təyyarələr əldə etmək istəyir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmi əleyhinə yeddi ədəd “P-8A Poseidon” patrul təyyarəsi üçün “Boeing” korporasiyası ilə 1,7 milyard dollarlıq müqavilə imzalayıb. İndiyədək Cənubi Koreya, Almaniya və Kanada tərəfindən sifariş olunan bu təyyarələr hazırda ABŞ, İngiltərə, Avstraliya, Norveç, Yeni Zelandiya ordularının arsenalına daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: