Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək

A- A A+

Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bugünkü plenar iclasda məlumat verib.

Bildirib ki, artıq məsələ parlamentin bürosuna təqdim edilib.

Papuaşvilinin sözlərinə görə, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq.

Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən seçiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: