MŞ: Azərbaycan mediasında qadınların say nisbəti 43 faizdir

A- A A+

Mətbuat Şurasının (MŞ) keçirdiyi sorğu əsasında Azərbaycan mediasında qadınların say nisbətinin təqribən 43 faiz təşkil etdiyi müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, bunu MŞ-nin sədri Rəşad Məcid "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin sonuncu toplantısında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, qənaətbəxş göstərici sayıla bilər:

"Bizdən tez-tez soruşulan suallardan biri də Azərbaycan mediasında gender balansı mövzusu idi. Sorğumuzun nəticələrinə əsasən, hazırda jurnalistika sahəsində 43 faizdən çox qadın fəaliyyət göstərir. Lakin rəhbər vəzifələrdə çalışan qadın jurnalistlərin sayı 20 faiz təşkil edir. Ümid edirik gələcəkdə rəhbər vəzifələrdə çalışan qadınların da sayı artacaq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: