Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.

NUHÇIXAN-ın məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.

Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.

Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: