Astanada KTMT dövlət başçılarının sammiti keçirilir

A- A A+

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammiti keçirilir.

NUHÇIXAN xəbər verir ki, tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

Sammitdə Belarus, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak edirlər. Təşkilatın üzvü olan Ermənistan rəhbərliyi sammitə qatılmayıb.

Liderlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasını müzakirə edirlər.

Sammitin sonunda 14 sənədin, o cümlədən yekun bəyannamənin və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə birgə bəyanatın imzalanması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: