Media: Brüssel ABŞ-dan müdafiə asılılığını aradan qaldırmağa çalışacaq

A- A A+

Avropa İttifaqı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ evə qayıtması ərəfəsində Birləşmiş Ştatlardan müdafiə asılılığını aradan qaldırmaq uğrunda mübarizə aparmaq niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, ABŞ-ın NATO üzvlüyünü şübhə altına alan Donald Trampın prezident seçilməsi Brüsseldə Vaşinqtondan asılılığın azaldılması istiqamətində strateji nailiyyətin əldə edilməsi zəruriliyi ilə bağlı müzakirələrə təkan verib.

Nəşr qeyd edir ki, avropalılar hazırda ümumi müdafiə siyasətinin işlənib-hazırlanması üçün lazım olan vasitələrlə bağlı razılığa gəlməyə çalışırlar. Belə ki, hərbi sənaye üçün vahid bazara malik olmayan Avropa İttifaqının müdafiə sektoru ixrac imkanları uğrunda bir-biri ilə rəqabət aparan oyunçular arasında parçalanıb.

Xatırladaq ki, Donald Tramp NATO-nun fəaliyyətindən dəfələrlə narazılığını bildirib və seçkilərdə qalib gələcəyi təqdirdə Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib. ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: