HAMAS İordan çayının qərb sahilində İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə HAMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” bəyanat yayıb.
Bildirilib ki, atəş açan şəxs 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.
Qeyd edək ki, Samir Məhəmməd Əhməd Hüseyn hücum yerində İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçiləri tərəfindən zərərsizləşdirilib.