Əlcəzair Prezidenti Afrika dövlətlərini birlik nümayiş etdirməyə çağırıb

A- A A+

“Böyük dövlətlər arasında fikir ayrılığı Afrika da daxil olmaqla qlobal sülh və təhlükəsizliyi təhdid edir”.

NUHÇIXAN xəbər verir ki, bunu Əlcəzair Prezidenti Əbdülməcid Təbbun deyib.

“Hazırkı dünya vəziyyəti artan gərginlik, beynəlxalq sabitliyi və təhlükəsizliyi təhdid edən dərin transformasiyalarla xarakterizə olunur. Böyük dövlətlər arasında fikir ayrılığı qlobal sülh və təhlükəsizliyə, o cümlədən Afrikaya təhlükə yaradır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Afrika artıq beynəlxalq prioritetlər siyahısında sonuncu yerə düşməyi qəbul edə bilməz:

“Afrikanın birləşmək və tək güclü səsini beynəlxalq səhnədə eşitdirmək istəyi yaranıb. Birləşmiş və qətiyyətli Afrika dünya işlərində böyük rol oynamağa həmişəkindən daha hazırdır”.

Əlcəzair lideri deyib ki, Afrika ölkələri BMT-də, xüsusilə də sülh və təhlükəsizliklə bağlı qərarlar qəbul edilərkən onların səslərinin nəzərə alınmasını təmin etməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: