Tbilisidə bu gecə keçirilən etiraz aksiyasında 24 nəfər saxlanılıb

A- A A+

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində bu gecə keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyi 24 nəfəri saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, iki nəfər də cinayət işləri üzrə saxlanılıb. İstintaq müəyyən edib ki, 29 noyabrda onlardan biri parlament binasına "molotov kokteyli" ataraq bir otaqda yanğın törədib, digəri isə polis əməkdaşını pirotexniki vasitə ilə yaralayıb.

Saxlanılanların yaşları 17 və 21-dir. Sonuncusu daha əvvəl dəfələrlə məhkum olunub. Onlara 7 ilədək həbs cəzası verilə bilər.

Beləliklə, son dörd gün ərzində paytaxtda 224 etirazçı inzibati qaydada kiçik xuliqanlıq və polisin əmrinə tabe olmama səbəbindən həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: