Hakan Fidan NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edəcək

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak etmək məqsədilə dekabrın 3-də Brüsselə səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, bu, Mark Ruttenin NATO-nun Baş katibi vəzifəsinin icrasına başlamasından sonra XİN rəhbərlərinin ilk toplantısıdır.

Üç sessiyadan ibarət olacaq tədbirdə Yaxın Şərqdə son vaxtlar baş verən böhranlar, onların yan təsirləri və həlli yolları, NATO ilə İordaniya arasındakı əməkdaşlıq, terror mənbələrinin varlığının regionda yaratdığı qeyri-sabitlik və bununla mübarizə, NATO-nun cənub-şərq qanadını təşkil edən Türkiyənin bölgədəki sabitliyi qoruma məqsədilə göstərdiyi səylər, eləcə də davam edən Rusiya-Ukrayna qarşıdurması ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Türkiyənin XİN başçısının toplantıda bölgədəki müharibənin başa çatdırılması üçün hər bir vəziyyətdə diplomatiyanın vacibliyini vurğulaması, həmçinin Avropa İttifaqının üzv olmayan müttəfiqləri ilə razılaşmaları və bunun əsasında götürdüyü öhdəliklərə əməl etməsinin zəruriliyi, terrorizmlə mübarizədə həmrəylik, müttəfiqlər arasında müdafiə məhsullarının ticarətinə dair bütün maneələrin aradan qaldırılmasının vacibliyi kimi məsələlərə vurğu edəcəyi ehtimal olunur.

Hakan Fidanın toplantı çərçivəsində, həmçinin həmkarları ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: