NATO üzvləri Ukraynada sülhün təminatına zəmanət verməli olacaqlar.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.
"Ukraynada sülh istəyiriksə, onun təhlükəsizliyinə zəmanəti verməliyik. Müharibə yalnız döyüş meydanında həll olunacaq. Ukraynanı ehtiyaclarını təmin edə bilməyəcəyimizi demək illüziyadan başqa bir şey deyil", - o əlavə edib.