BMT humanitar böhranla mübarizəyə 47 milyard dollar ayırmağa çağırır

A- A A+

BMT dünya birliyini humanitar böhranlardan əziyyət çəkən 305 milyon insana yardım üçün 2025-ci ildə 47 milyard dollar ayırmağa çağırıb.

NUHÇIXAN BMT-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin fövqəladə yardım koordinatoru və təşkilatın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer 2025-ci il üçün Qlobal Humanitar İcmalın təqdimatında jurnalistlərə bildirib.

Məlumata görə, Cenevrə, Küveyt və Nayrobidə 2025-ci il üçün Qlobal Humanitar İcmalın təqdimatı müharibə qanunlarına və beynəlxalq humanitar hüquqa daha çox hörmət və s. əldə etmək üçün bir fürsət olacaq.

"Məsələ təkcə bu münaqişələrin (Qəzza, Ukrayna, Sudan, Suriya) amansızlığında deyil, beynəlxalq humanitar hüquqa etinasızlıqdadır", - T.Fletçer bildirib.

BMT-nin hesablamalarına görə, 2025-ci ildə bu məqsədlər üçün ən çox vəsait Yaxın Şərq və Şimali Afrika (15,9 milyard dollar), Cənub-Şərqi Afrika (11,9 milyard dollar), Qərbi və Mərkəzi Afrika (7,6 milyard dollar) əhalisinə lazım olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: