Pakistan Rusiyaya neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak üçün müraciət edib.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclasının yekunları ilə bağlı danışan iki ölkənin energetika nazirləri bildiriblər.
"Neft təchizatını həyata keçiririk. NEZ-in yenidən qurulmasında iştirakı müzakirə etdik. Rusiya şirkətlərinin Pakistan ərazisində neft və qaz sahəsində iştirakının digər imkanlarını nəzərdən keçiririk", - Rusiyanın energetika naziri Sergey Tsivilyev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, tərəflər dəmir yolu daşımaları üçün "Şimal-Cənub" dəhlizindən istifadə imkanını, həmçinin İslamabadla Moskva arasında birbaşa uçuşların təşkili perspektivini nəzərdən keçiriblər.
Öz növbəsində Pakistanın energetika naziri Avays Leqari bildirib ki, ölkəsi üçün əlavə neft emalı imkanlarının yaradılması lazımdır: “Pakistan Rusiyadan investisiyaların cəlb edilməsində maraqlıdır”.