Kaliforniya sahillərində baş verən 7 bal gücündə zəlzələdən sonra ABŞ-də sunami xəbərdarlığı edilib.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Tədqiqatı İdarəsi məlumat yayıb.
NOAA Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına görə, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.