Britaniyanın Baş naziri: Bəşər Əsədin gedişini alqışlayırıq

A- A A+

Suriya xalqı Əsəd rejimi altında çox uzun müddət əziyyət çəkdi və onun gedişini alqışlayırıq.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer bildirib.

Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir ki, London hazırda Suriyada siyasi nizamlanmaya nail olmağa, sülh və sabitliyin bərpasına diqqət yetirir.

Starmer bütün tərəfləri mülki insanları qorumağa, humanitar yardımın yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə çatmasını təmin etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: