Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

A- A A+

Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata görə, Makron Polşanın Baş naziri Donald Tusk və Prezident Andjey Duda ilə görüşəcək.

Diplomatik mənbələr danışıqların gündəliyində Ukraynadakı vəziyyətin prioritet olacağını bildiriblər. Makron Polşa rəhbərliyinə ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə keçirdiyi görüşlər barədə məlumat verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: