Türkiyə Prezidenti: Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək

A- A A+

Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:
“Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların-red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni fəlakətə sürüklənməsinə tamaşa etməyəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: