Suriyada müvəqqəti hökumət martın 1-nə qədər yaradılacaq

A- A A+

Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: