Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib

A- A A+

Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək.

NUHÇIXAN “əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir bildirib.

“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlayıb.

O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: