Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-Hyunun ölkədə hərbi vəziyyətin elan edilməsi zamanı Prezident Yun Sok-Yola kömək etməsi ilə bağlı həbs qərarı verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Sərəncamı ölkə prokurorluğu tələb edib və sabiq nazir “qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə”nin əsas iştirakçılarından biri olmaqda ittiham edilib.
Kim Yonq-Hyunun vəkili nazirin həbsinə order verilib-verilməməsi ilə bağlı məhkəmə iclasında iştirak edib. O bildirib ki, Kim Yonq etdiyi hərəkətlərə görə bağışlanmasını istəyir.
Keçmiş nazir bazar günü saxlanılıb, bundan sonra prokurorluq onu üç dəfə dindirib. O, prezidentə hərbi vəziyyət elan etməyi təklif etdiyini etiraf edib, lakin o, hərəkətlərinin qanunsuz olmadığını bildirib.