Türkiyə yardım istəyənlərdən heç vaxt milliyyətini və kimliyini soruşmayıb.
NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən toplantıda deyib.
Türkiyə Prezidenti hazırda insan hüquqlarının dünyanın müəyyən regionundakı insanlara şamil olunan imtiyazlı hüquqlar kimi qəbul olunduğunu təəssüflə qeyd edib:
“Məsələ suriyalı miqrantlar olduqda çoxları susdu. Amma nəticə nə oldu? Vicdan, ədalət qazandı və insanlıq qazandı”.
Ərdoğan Suriyada diktatura rejiminin başa çatması ilə sülh və təhlükəsizlik qapılarının açıldığını ifadə edib:
“Diktatura rejiminin nə olduğunu bilmək istəyənlər Suriyadakı həbsxana görüntülərini izləsinlər”.