Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib

A- A A+

Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib. Yeni qaydalar 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək.

NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib.

Sənədə əsasən, xarici vətəndaşlar Rusiya Federasiyasının ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim olunmaqla təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər. Test prosedurunun keçirilməsi qaydası Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

“Ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsilin tədris proqramlarını mənimsəmək üçün kifayət edən rus dili biliyi üzrə test imtahanından keçməmiş şəxslərin bu təhsil proqramlarının mənimsənilməsinə icazə verilmir”, - deyə izahatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: