Ermənistan və İtaliya Müdafiə nazirlikləri 2025-ci il üçün əməkdaşlıq proqramını imzalayıblar

A- A A+

Ermənistan və İtaliya Müdafiə nazirlikləri gələn il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıblar.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 12-də İrəvanda Ermənistan və İtaliya arasında növbəti müdafiə məsləhətləşmələri keçirilib. Müzakirələr Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və İtaliya Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Mattia Zuzzinin iştirakı ilə baş tutub.

"Məsləhətləşmələr zamanı 2024-cü ildə əməkdaşlıq istiqamətində görülən işlər müzakirə edilib, 2025-ci il üçün tədbirlər planlaşdırılıb", - nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilib.

Qurumdan bildirilib ki, tərəflər son illər genişlənən əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: