ABŞ Ukraynaya növbəti dəfə hərbi yardım edib

A- A A+

ABŞ prezidenti Cozef Bayden Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

Kirbi aydınlaşdırıb ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil olacaq.

Ağ Evin sözçüsü əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: