Parlamentin sədri: Gürcüstanın yeni prezidenti xarici təsirə məruz qalmayacaq

A- A A+

Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçiləcək Mixail Kavelaşvili xarici təsirə məruz qalmayacaq.

NUHÇIXAN Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.

"Mixail Kavelaşvili elə bir şəxsdir ki, onun vətənpərvərliyi ilə bağlı heç bir sual yoxdur. Bu, müasir dünyada xüsusilə vacibdir. Bizim ölkəmiz kimi kiçik və regionda mövcud münaqişələr baxımından müdafiəsiz bir ölkə üçün heç bir xarici qüvvənin təsirinə düşməyəcək prezidentə malik olmaq vacibdir. Biz bunu birbaşa xaricdən idarə olunan Salome Zurabişvilinin (hazırkı dövlət başçısı - red.) nümunəsində görürük", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: