"Haber Global" telekanalının əməkdaşı silahlı hücumda öldürülüb

A- A A+

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücumda öldürülüb.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, telekanalın 27 yaşlı əməkdaşına hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Məlumata görə, Məhərrəm Can Kurtuluş öz avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb. Onlar sakitləşməyərək Kurtuluşla mübahisə etməyə başlayıblar. Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırıblar.

Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş avtomobilinə minərkən mübahisə etdiyi dörd şübhəli onun qarşısını kəsib. "Haber Global"in əməkdaşı güllələnib, şübhəlilər isə hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polisin məlumatına görə, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 tərəzi və 1 kq 200 qram narkotik vasitə götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: