Yaşar Gülər: Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək

A- A A+

Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək.

NUHÇIXAN “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indi Rusiyanın qoşunlarını Suriyadan çıxarmasına dair dəqiq sübut yoxdur: “Bəzi gəmilər təmir məqsədilə Rusiyaya aparıla bilər. Amma indi Rusiyanın Suriyadan çıxacağını düşünmürəm. Orada qalmaq üçün əlindən gələni edəcək. Hətta Rusiyanın bir rəsmisi Suriyada qalmağa davam edəcəyini və yeni hakimiyyətlə bu mövzuda müzakirə aparacaqlarını bildirib”.

Nazir söyləyib ki, Rusiya Suriya daxilində fərqli ərazilərdəki qoşunlarını Tartus və Lazkiye bölgələrinə yığıb: “Bu mərhələdə onlara lazımi dəstəyi göstərə biləcəyimizi dedik. Amma bizdən tələbləri olmayıb. Bölgədəki son hadisələrdən sonra hər ölkənin bir oyunu var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: