Bəşər Əsəd Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib

A- A A+

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın görüş təşkil etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya”ya müsahibəsində deyib.

O vurğulayıb ki, Ankara dəfələrlə Əsəddən üçüncü tərəflərin, o cümlədən İraqın vasitəçi qismində iştirakı ilə danışıqlar aparmağı xahiş edib.

Fidan əlavə edib ki, Türkiyə rəsmilərinin Suriyaya getmək cəhdləri olub, bununla bağlı şəxsən Dəməşqə müraciət ünvanlanıb, lakin Əsəd bütün təklifləri rədd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: