Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib.
NUHÇIXAN xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.
Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.
Partlayış evin özündə giriş qapısının sökülməsinə, şüşələrin sınmasına səbəb olub.
Generalın xidməti avtomobilinə də ziyan dəyib.