Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək

A- A A+

Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqda bu ölkədəki Rusiya bazalarının ləğvi ilə bağlı məsələlər qaldıracaq.

NUHÇIXAN xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın 27 ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə deyib.

O bildirib ki, məsələ müxtəlif səviyyələrdə görüşlər zamanı müzakirə ediləcək.

Kallasın sözlərinə görə, mövzu dünənki görüş zamanı da müzakirə olunub: "Bir sıra avropalı nazirlər bildirdilər ki, Suriyanın yeni rəhbərliyi ilə dialoq üçün Rusiya təsirindən imtina şərt olmalıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: