Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.
NUHÇIXAN xəbər verir ki, Quterreş Suriyanın müvəqqəti hökumətinin mülki insanları qorumaq öhdəliyini alqışlayıb.
“Mən Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”, - deyə o açıqlamasında deyib.
Suriyadakı mövcud hadisələr işığında Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyadakı müvəqqəti hökumətlə humanitar yardımı artırmaq üçün Dəməşqə göndərdiyini qeyd edib.