Türkiyə İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib, altı terrorçu öldürülüb

A- A A+

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb.

NUHÇIXAN xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında “Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb.

Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: