İnsanları PKK-ya qoşulmağa məcbur edən qadın terrorçu Türkiyə ordusuna təslim olub

A- A A+

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində təslim olub.

Türkiyə polisi və Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırma nəticəsində məlum olub ki, o, 2008-ci ildə PKK terror təşkilatı sıralarına qoşulub.

Həmçinin qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: