KİV: Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması planlaşdırılır

A- A A+

Ermənistan hökuməti Rusiya telekanallarının tam bağlanması barədə qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri öz mənbələrinə istinadən yazır.

Məlumata görə, hökumət Rusiya kanallarının Ermənistanın multipleksindən çıxarılması məsələsini müzakirə edir. Prosesə yanvardan start veriləcək.

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi bu xəbəri nə təkzib, nə də təsdiq edib.

"Hazırda nazirliyin qeyd olunan mövzu ilə bağlı şərhi yoxdur", - nazir Mxitar Ayrapetyanın mətbuat katibi Karine Terteryan deyib.

Daha əvvəl M.Ayrapetyan Ermənistan ərazisində Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə baxılması mümkünlüyünü istisna etməmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: