Riqada cinayətkarların üzərində axtarış zamanı 38 min Ermənistan dramı tapılıb

A- A A+

Latviya Dövlət Polisi Riqa mərkəzi bazarında aksizli malların qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini elan edib. NUHÇIXAN Latviya polisinin hesabatına istinadla xəbər verir ki, iki cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alınıb. Təhqiqatın gedişində 270 sanksiyalaşdırılmış axtarış aparılıb. Polis xüsusilə səmərəli olmuş axtarışların nəticələri barədə ətraflı məlumat verib. Belə ki, bir axtarış zamanı 231.579 ədəd qeyri-leqal siqaret, 131 litr qeyri-leqal spirtli içki, habelə xeyli pul, o cümlədən təqribən 71,5 min avro, 32,5 min rubl və 38 min Ermənistan dramı, təqribən 2 qram kokain, 2 qram marixuana, qiymətli əşyalar, qiymətli daş-qaş və iki ədəd qaz pistoleti aşkar edilib. Daha bir axtarış zamanı 217 min ədəd qeyri-leqal siqaret, 732 litr qeyri-leqal spirtli içki, təqribən 8.800 avro, qiymətli əşyalar və bahalı saatlar müsadirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: