Belarus Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun prezident seçkilərində iştirakla əlaqədar sənədlərini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Prezidentliyə namizədliyin qeydiyyatı üçün lazım olan sənədlər həm potensial namizədlərin özləri, həm də onların nümayəndələri tərəfindən təqdim edilə bilər. Dövlət başçısının etibarnaməsi əsasında onun bütün lazımi sənədlərini MSK-ya Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Yuri Senko təqdim edib.
Qeyd edək ki, bundan əvvəl komissiya Belarus Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xijnyak, Kommunist Partiyasının sədri Sergey Sırankov və Belarus Liberal-Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, həmçinin keçmiş deputat Anna Kanopatskayanın qeydiyyatı üçün sənədləri qəbul edib.
Dekabrın 22-dən 31-dək namizədlərin qeydiyyatı aparılacaq, 2025-ci il yanvarın 1-dən 25-dək isə seçkiqabağı təşviqat kampaniyası keçiriləcək.
Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.