Senator: Yüzlərlə ölüyə rəğmən Fransa hakimiyyəti isə Mayottanın əsas problemini miqrasiya adlandırır

A- A A+

Fransa hökuməti, ölkənin dənizaşırı ərazisi sayılan Mayottanı vuran dağıdıcı “Şido” qasırğasının nəticələrinə hazır olmamasına və ləng reaksiya göstərməsinə görə siyasətçilər və fəallar tərəfindən ciddi tənqid edilib.

NUHÇIXAN “Reuters”ə istinadən xəbər verir ki, "Avropa-ekologiya" partiyasından olan senator Melani Fogel, Fransanın daxili işlər naziri Bruno Retayonun “X” sosial şəbəkəsindəki bəyanatına kəskin reaksiya verib.

B.Retayo yazıb ki, fəlakət miqrasiya siyasəti sahəsində qətiyyətli tədbirlərin zəruriliyini vurğulayıb. O, həmçinin əlavə edib ki, bir çox qanunsuz miqrantlar həbs olunmaq qorxusundan sığınacaqlardan istifadə etməyiblər.

M.Fogel isə cavabında qeyd edib ki, iqlim dəyişikliyinin səbəb olduğu qasırğa nəzarətsiz buraxılmış Fransa ərazisinə zərər vurub: “Yüzlərlə, hətta minlərlə ölüm gözlənilir. Siz isə yazırsınız ki, Mayottanın problemi qeyri-qanuni miqrasiyadır".

Baş nazir Fransua Bayru da zərər çəkmiş Mayottaya səfər etmədiyi üçün tənqid edilib. “Reuters” yazır ki, Baş nazir bunun əvəzinə, mer olduğu Po şəhərində bələdiyyə şurasının iclasına gedib.

Qeyd edək ki, Mayotta hökuməti “Şido” qasırğanın nəticələri ilə mübarizə aparır. Məlumata görə, 22 nəfərin öldüyü, 1400-dən çox insanın xəsarət aldığı təsdiqlənib. Ərazidə elektrik enerjisinin olmaması mövcud vəziyyəti daha da ağırlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: