Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəklər.
NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə adı açıqlanmayan diplomatlara istinadla məlumat yayıb. Onların sözlərinə görə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr “konseptual səviyyədə” aparılır.
Reuters agentliyi isə öz növbəsində Kiyev və Moskva arasında atəşkəs razılaşmasına nail olunacağı təqdirdə sülhməramlıların Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə bağlı Avropa İttifaqı ölkələrinin hələlik konsensusa gələ bilmədiyini yazıb.