İtaliyada sakinlərinə keyfiyyətli həyat təklif edən şəhərlərin adları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, “Il Sole 24 Ore” qəzeti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, 2024-cü ildə həyat keyfiyyətinə görə ilk sırada Berqamo şəhəri qərarlaşıb. İnsanların ən yaxşı yaşadığı şəhərlər siyahısında ilk üçlükdə müvafiq olaraq Trento və Bolzano yer alıb. Sorğu 6 kateqoriya üzrə ümumilikdə 90 göstərici nəzərə alınmaqla aparılıb. İtaliyanın böyük şəhərlərindən olan Milan reytinqdə 12-ci, Bolonya 16-cı, Florensiya 36-cı, Turin 58-ci, paytaxt Roma 59-cu, Neapol isə sonuncu sıradadır. Bu, “Il Sole 24 Ore” qəzetinin 1990-cı ildən etibarən apardığı sayca 35-ci müvafiq sorğudur.