İsrail və “HƏMAS” fikir ayrılıqlarını aradan qaldırmağa və razılığa gəlməyə yaxındırlar

A- A A+

İsrail hakimiyyəti və radikal “HƏMAS” hərəkatı fikir ayrılıqlarını aradan qaldıra və Qəzza zolağında atəşkəs sazişi bağlaya bilərlər.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz razılığa gələ bilməliyik. İki tərəf arasındakı fikir ayrılıqlarını aradan qaldıra bilərik, lakin bu o demək deyil ki, edəcəyik”, - deyə o qeyd edib.

“HƏMAS” hərəkatının irəli sürülən bütün tələblərlə razılaşdığı barədə xəbərləri şərh edən Miller bunun belə olmadığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: