ABŞ rəsmiləri Suriya həbsxanalarında saxlanılan İŞİD döyüşçülərinin kütləvi qaçış təşkil edəcəyindən narahatdırlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Məlumata görə, yaraqlılar və onların ailələri müvəqqəti həbsxanalarda saxlanılır. Onlar ABŞ-nin dəstəklədiyi və kifayət qədər silah ehtiyatına malik olmayan kürd qüvvələri tərəfindən mühafizə olunur. Söhbət 9 min döyüşçüdən, eləcə də onların həyat yoldaşları və uşaqları da daxil olmaqla daha 50 min nəfərdən gedir.
Saxlanılan döyüşçülərin əksəriyyəti İraq və Suriyadan olan şəxslərdir, onların bir çoxu Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dən gəlib. Lakin nəşr iddia edir ki, ölkələr repatriasiya məsələsində tələsmir.