Moldovanın seçilmiş Prezidenti Maya Sandu respublika Sarayında dekabr 24-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra ikinci prezidentlik müddətini rəsmi olaraq icra etməyə başlayacaq.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “TV 8” telekanalına Prezidentin müşaviri Andrian Belutsel məlumat verib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin noyabrın 3-də keçirilən ikinci turunun nəticələrinə əsasən Maya Sandu səslərin 55,33 %-ni toplayaraq müxalifət namizədi Aleksandr Stoyanoqlonu qabaqlayıb.
Qeyd edək ki, ölkə prezidenti dörd illik müddətə seçilir.