PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

A- A A+

Bu gün səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks" şəhər meriyasına istinadən məlumat yayıb.

"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə yerlərində operativ xidmətlər işləyir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: