Meksikada təyyarə qəzasında azı 7 nəfər ölüb

A- A A+

Meksikanın qərbində kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Xalisko ştatının mülki müdafiə xidməti məlumat yayıb.

Qeyd olunub ki, bazar günü günortadan sonra Miçoakan ştatının La-Parota şəhərindən havaya qalxan “Cessna 207” təyyarəsi ucqar meşəlik əraziyə düşüb.

Hadisə yerinə gələn polis 7 cəsədin tapılması barədə məlumat verib. Ölənlərin şəxsiyyəti müəyyən edilməyib. Hadisənin baş vermə səbəbi araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: