İran XİN: Moskva və Tehran strateji tərəfdaşlıq müqaviləsini yanvarda imzalayacaq

A- A A+

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian 2025-ci ilin yanvarında əhatəli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalamaq üçün görüşəcək.

NUHÇIXAN “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi İsmayıl Baqai dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, bu sənəd yanvarın sonunda imzalanacaq”, - o qeyd edib.

Məlumata görə, sənəd enerji, istehsal, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edəcək.

Bildirilib ki, dekabrın 23-də Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçukun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Tehrana səfər edib. Onların İran prezidenti Məsud Pezeşkianla görüş planlaşdırdığı da vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: