İran Suriyaya bütün uçuşları yanvarın 22-dək dayandırıb

A- A A+

İki ölkə arasında hava nəqliyyatı Dəməşqdə yeni hakimiyyət orqanları ilə razılaşdırılmadığı üçün İran şirkətləri yanvarın 22-dək Suriyaya bütün uçuşları ləğv edib.

NUHÇIXAN xəbər verir ki, ISNA agentliyi bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfarzaneyə istinadla məlumat yayıb.

“Yanvarın 22-dək Suriyaya bütün uçuşlar dayandırılıb, lakin Livanla bağlı heç bir məhdudiyyət yoxdur”, - deyə Hüseyn Purfarzane bildirib. Onun sözlərinə görə, hava əlaqəsini bərpa etmək üçün təyinat ölkəsindən icazə alınmalıdır.

“Eyni vəziyyət Misirlə bağlı da yaranıb. Hər iki ölkənin hakimiyyət orqanları İrandan Misirə və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün ortaq nəticəyə gəlməlidir”, - deyə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri əlavə edib.

Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: